Xırdalanda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Abşeron rayonunda dəm qazı bir nəfərin ölümünə səbəb olub.
APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri, Gənclər şəhərciyi, 79-cu blokda qeydə alınıb. Orada yaşayan, 1993-cü il təvəllüdlü Samirə Bəhram qızı İsayeva yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.