Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapılıb
Avqustun 2-də Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti tapılıb.
Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti Xəzərin Rusiya Federasiyasının Dərbənd şəhəri sahilində aşkarlanıb.










