Komissiyası yaratmağın vaxtı çatıb
"2016-cı ilin Aprel döyüşlərinin bütün şərtlərini araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtı çatıb". Bu açıqlamanı baş nazir Nikol Paşinyan edib.
Onun sözlərinə görə, Aprel hadisələrinin səbəblərini araşdırmaq və ictimaiyyəti maraqlandıran bir sıra məsələlərə cavab tapmaq üçün komissiya yaradılmalıdır.
Qeyd edək ki, 2016-cı il aprelin əvvəllərində baş verən döyüşdən sonra Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Erməni silahlı qüvvələri bu döyüşlərdə 320-dən artıq hərbçisini itirib və 500-dən artıq hərbi qulluqçusu isə yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb.










