Sakinlər örüş sahələrinin əllərindən alınmasına etiraz edir
Aprelin 8-də Kürdəmir rayonunun (Bakıdan 178 kilometr qərbdə) Ərəb Qubalı kəndinin bir qrup sakini Bakı-Qazax avtomobil magistralını bağlamağa cəhd edib. Polis cəhdin qarşısını alıb. İnsidentlə bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Sakinlər örüş sahələrinin əllərindən alınmasına etiraz etdiklərini bildiriblər.
Kənd bələdiyyəsindən etirazın səbəbləri ilə bağlı məlumat almaq mümkün olmasa da qonşu Sığırlı kənd bələdiyyəsindən Turan-a bildiriblər ki, hazırda kənddə örüş torpaqlarının sakinlərə qaytarılması ilə bağlı komissiya işləyir.










