Martın 25-də Bakıda və Abşeronda hava tutqun olacaq,
Martın 25-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq, axşama doğru intensivləşəcək. Güclü şimal küləyi əsəcək (saniyədə 25 metrə qədər).
Havanın temperaturu gündüz +6 +8 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında da hava yağıntılı olacaq, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gündüz +7 +12 dərəcə, dağlarda 0 +4 dərəcə təşkil edəcək.
Sinoptiklərin proqnozuna görə, Azərbaycan ərazisində yaxın günlərdə də bu hava şəraiti davam edəcək.










