Ekologiya Nazirliyinin sinoptiklərinin verdiyi məlumata görə
Martın 19-da səhər Bakıda və Aberonda bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya Nazirliyinin sinoptiklərinin verdiyi məlumata görə, havanın temperaturu gecə +4 +6 dərəcə, gündüz +7 +9 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə +1 +6, gündüz +8 +13 dərəcə təşkil edəcək.
Dağlarda gecə 0 -5 dərəcə şaxta, gündüz +1 +6 dərəcə isti olacaq.










