Hava soyuyacaq
Bazar günü axşamdan başlayaraq martın 19-u günortaya qədər Bakıda və Abşeronda hava soyuq, küləkli olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
Belə ki, həmin müddətdə şimal-qərb küləyinin gücü saniyədə 15-18 m., arabir 20-24 m. olacaq. Yağış yağacaq, havanın temperaturu 4-7 dərəcə enəcək.
Ölkə rayonlarında da hava soyuyacaq, yağış və qar yağacaq, güclü qərb küləyi əsəcək.










