Zəlzələnin ocağı
Bu gün Şamaxı rayonunda 3 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar martın 14-də yerli vaxtla saat 13:36-da qeydə alınıb. Zəlzələ ocağı 10 km. dərinlikdə olub.
Şamaxı və Pirquluda yeraltı təkanlar 3 bal gücündə hiss edilib.
İki ay öncə həmin rayonda 5-6 bal gücündə iki zəlzələ baş vermişdi. Nəticədə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla tikiliyə ziyan dəymişdi.










