Martın 5-nə keçən gecə Bakıda və Abşeronda yağış gözlənilir.
Martın 5-nə keçən gecə Bakıda və Abşeronda yağış gözlənilir. Səhər duman ola bilər. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +2 +5 dərəcə, gündüz +8 +11 dərəcə təşkil edəcək.
Ölkənin cənub regionunda yağış yağacaq. Havanın temperaturu gecə 0 +5 təşkil edəcək, aran rayonlarında gündüz +15 +17 dərəcəyə qədər yüksələcək.
Dağlarda gecə -6 dərəcəyə qədər şaxta, gündüz +3 +8 dərəcə isti olacaq.










