Martın 2-də Bakıda və Abşeronda hava tutqun olacaq
Martın 2-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağıntı gözlənilmir. Zəif şimal küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gündüz +10 +12 dərəcə, gecə +3 +6 dərəcə təşkil edəcək.
Aran rayonlarında da yağıntı gözlənilmir. Səhər və axşam duman ola bilər. Havanın temperaturu gündüz +10 +15 dərəcə təşkil edəcək.
Dağlarda gündüz +3 +7 dərəcə isti, gecə -5 dərəcəyə qədər şaxta olacaq.
Ekologiya Nazirliyinin məlumatına görə, martın 3-də ölkənin şimal və qərb rayonlarından başlayaraq hava pisləşməyə başlayacaq. İntensiv yağışlar gözlənilir.
Dağlarda qar yağacaq, gücü saniyədə 20 metrə, arabir 28 metrə çatan qərb küləyi əsəcək.










