Fevralın 15-dən 16-na keçən gecə Bakıda və Abşeronda hava kəskin pisləşəcək
Fevralın 15-dən 16-na keçən gecə Bakıda və Abşeronda hava kəskin pisləşəcək. Sonrakı sutkalarda intensiv yağış gözlənilir, saniyədə 20 metrədək şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına görə, havanın temperaturu gündüz +5, gecə +3 dərəcə olacaq.
Ölkə rayonlarında intensiv yağış gözlənilir, dağlara qar yağacaq. Qərb küləyi əsəcək, səhər duman olacaq.
Havanın temperaturu gecə 0 dərəcəyə enəcək, gündüz +9 dərəcə olacaq. Dağlarda -5 dərəcə şaxta, gündüz +6 dərəcə olacaq.










