Yanvarın 24-də hava küləkli olacaq
Yanvarın 24-də Bakıda və Abşeronda hava küləkli olacaq. Güclü cənub-qərb küləyi əsəcək, aradabir saniyədə 25 metrədək şiddətlənəcək, cümə günü günortayadək davam edəcək, sinoptiklər bildiriblər.
Havanın temperaturu gecə +3+6, gündüz + 7+10 dərəcə olacaq.
Cənub regionundan başqa digər rayonlarda yağıntı gözlənilmir.
Aran rayonlarında gecə -2-dən +3 dərəcəyədək, dağlarda gecə - 0-5 dərəcə, gündüz + 3+8 dərəcə olacaq.










