Noyabrın 27-də Bakıda və Abşeronda hava dəyişkən, yağıntısız olacaq
Noyabrın 27-də Bakıda və Abşeronda hava dəyişkən, yağıntısız olacaq, səhər duman olacağı gözlənilir, zəif cənub küləyi əsəcək. Havanın temperaturu gündüz +15 dərəcə təşkil edəcək.
Növbəti günlərdə Abşeronda cənub küləyi güclənəcək, bu da meteohəssas insanlar üçün narahatlıq yaradacaq.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir, səhər və axşam duman olacağı gözlənilir. Aran rayonlarında +15 dərəcəyə qədər, dağlarda +9 dərəcəyə qədər isti olacaq.










