Ayını vuran brakonyerlər axtarılır
İsmayıllı rayonunda qanunsuz boz ayı ovlanması faktı qeydə alınıb. Ekologiya Nazirliyinin məlumatına görə, bu hadisə Şahdağ milli parkının tərkibinə daxil olan Baskal meşəbəyliyində baş verib.
Mənbənin məlumatına görə, yerli keşikçi atəş səsi eşidib hadisə yerinə gəlib, burada boz ayıya atəş açan altı naməlum şəxs görüb.
Keşikçinin brakonyerləri saxlamaq cəhdləri nəticə verməyib, amma o, onları videoya çəkməyə müvəffəq olub.
Brakonyerlərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə İsmayıllı rayon polisi onların axtarışına başlayıb, deyə məlumatda bildirilir.
Qeyd edək ki, boz ayı Azərbaycanın nadir heyvanlarının Qırmız Kitabına daxil edilib.










