Noyabrın 17-də Bakıda və Abşeronda hava tutqun olacaq,
Noyabrın 17-də Bakıda və Abşeronda hava tutqun olacaq, axşama doğru yağış gözlənilir. Havanın temperaturu gündüz +13 +16 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında da yağış yağacağı, səhər duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Aran rayonlarında gündüz +17 dərəcəyə qədər, dağlıq rayonlarda +8 dərəcəyə qədər isti olacaq.










