Noyabrın 13-də Bakıda və Abşeronda hava tutqun olacaq
Noyabrın 13-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış güclənəcək, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +14 dərəcəyə qədər düşəcək.
Ölkənin rayonlarında da intensiv yağıntılar gözlənilir, dağlarda qar yağacaq. Qərb küləyi əsəcək, temperatur gündüz aran rayonlarında +16 dərəcəni keçəcək, dağlarda +6 dərəcəyə qədər isti olacaq.










