11-də güclü yağıntı gözlənilir
Bakıda və Abşeronda yağıntı noyabrın 9-u günortaya qədər davam edəcək. Havanın
temperaturu +14+16 dərəcə olacaq. Ölkə rayonları üzrə cənub bölgəsində intensiv leysan yağacaq.
Noyabrın 11-də ölkə ərazisinə növbəti soyuq hava axını daxil olacaq və intensiv yağıntı olacaq. Belə hava şəraiti noyabrın 13-dək davam edəcək.
Həmin müddətdə havanın temperaturu 3-5 dərəcə enəcək, intensiv leysan gözlənilir, dağlarda qar yağacaq, çaylarda daşqın və sel gözlənilir.










