Hava soyuyacaq, yağıntı olacaq
Noyabrın 6-da Bakıda və Abşeronda hava dəyişəcək, yağıntı olacaq, temperatur gündüz +13 dərəcəyə enəcək. Gecə +7+9 dərəcə olacaq, güclü şimal-qərb küləyi əsəcək.
Noyabrın 6-da ölkə rayonlarında intensiv leysan olacaq, qərb küləyi əsəcək. Dağlarda qar yağacaq.
Eyni zamanda qərb rayonlarından başlayaraq Azərbaycan ərazisinə soyuq hava axını daxil olacaq.
Noyabrın 7-i günortayadək ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək, havanın temperaturu enəcək, leysan yağacaq, külək əsəcək.










