Azərbaycanlı fəhlələr Dərbənddə həlak olublar
Dərbənddə üç fəhlə inşaatda yüksəklikdə iş görərkən yıxılaraq həlak olub. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"İlkin məlumatlara görə, Azərbaycanlı üç fəhlə Dərbənddə tikilməkdə olan binadan yıxılıb. Onlar hadisə yerindəcə dünyasını dəyişib", deyə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Dağıstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, üç nəfərin cəsədi çərşənbə axşamı Dərbənddə inşaatın qarşısında tapılıb. "İlkin məlumata görə, onlar yüksəklikdən yıxılaraq dünyasını dəyişib. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, hadisənin hal və şərtləri müəyyən edilir", deyə həmsöhbətimiz bildirib.










