Seymur Həziyə ictimai dəstək kampaniyası
"Azərbaycan Saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həziyə sosial mediada dəstək aksiyası keçirilir.
Həmkarlarının verdiyi məlumata görə, jurnalistə yazılan məktublar çap olunaraq Seymur Həzinin saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsinə göndəriləcək.
Seymur Həzi 2014-cü il avqustun 29-da həbs olunub və 5 il həbs cəzasına məhkum olunub. Seymur Həzi həbsinin səbəbinin siyasi və ictimai fəaliyyəti ilə bağlı olduğunu deyir.










