Yağış axşama doğru kəsiləcək
Çərşənbə günü Bakıda və Abşeron yarımadasında yağıntılı buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yağış kəsiləcək, havanın temperaturu gündüz +18 +20 dərəcə, axşam +15 dərəcə təşkil edəcək, xəbəri Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.
Sinoptiklərin məlumatına görə, cümə axşamı yağıntısız hava şəraiti gözlənilir.










