Bazar ertəsi hava tutqun, yağıntısız olacaq
Oktyabrın 15-də Bakıda və Abşeronda hava tutqun, yağıntısız olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +21 dərəcədə qədər yüksələcək.
Ölkənin rayonlarında qısamüddətli yağıntılar gözlənilir. Böyük Qafqaz dağlarında və Lənkəran zonasında leysan yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.
Aran rayonlarında gündüz +23 dərəcəyə qədər, dağlarda +15 dərəcəyə qədər isti olacaq.










