Cümə günü hava haqqında
Oktyabrın 12-də Bakıda və Abşeronda hava tutqun olacaq, zəif yağıntı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +18+22 dərəcə olacaq.
Ölkə rayonlarında yağış yağacaq, şimşək çaxacaq, güclü qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında +18+23, dağlarda +17 dərəcə olacaq.
Oktyabrın 12-dən 13-nə keçən gecə Abşeronda güclü şimal küləyi əsəcək ki, bu da havanın temperaturunun bir neçə dərəcə enməsinə səbəb olacaq və meteohəssas insanlara mənfi təsir göstərəcək, sinoptiklər bildiriblər.










