Çərşənbə günü üçün hava proqnozu
Çərşənbə günü oktyabrın 10-da Bakıda və Abşeronda hava tutqun, yağıntısız olacaq. Zəif cənub küləyi əsəcək. Havanın temperaturu gündüz +19 +23 dərəcə təşkil edəcək. Ölkənin rayonlarında yağıntı gözlənilmir, yalnız dağətəyi rayonlarda şimşək çaxacağı gözlənilir.
Aran rayonlarında hava +20 +25 dərəcəyə qədər isinəcək. Dağlarda +14 +19 dərəcə isti olacaq.










