Prezident İlham Əliyev hökumətin iclasını keçirib
Çərşənbə axşamı prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası keçirilib.
Rəsmi məlumatda deyilir ki, dövlət başçısı giriş və yekun nitqi ilə çıxış edib.
Bundan əlavə, vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və "Azərxalça" ASC İdarə Heyətinin sədri Vidadi Muradovun çıxışları dinlənilib.
Bu gün axşam dövlət televiziyası ilə iclasdan geniş reportajın göstəriləcəyi gözlənilir.










