Qəbələdə ərəb turistlərin qaldığı evdə yanğın baş verib, ölən var
Oktyabrın 8-də səhər Qəbələ rayonunda fərdi evdə yanğın baş verib.
Yanğın zamanı istirahət üçün evi icarəyə götürmüş 7 nəfər suriyalı turist xəsarət alıb. Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər ki, xəsarət alanlardan biri həlak olub, qalanları yanıq və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mənbənin məlumatına görə, üç nəfərin vəziyyəti ağırdır.
Yanğının səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.










