Cümə günü hava şəraiti pisləşəcək
Oktyabrın 5-i səhərdən ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir.
Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, intensiv yağış yağacaq, havanın temperaturu +16+18 dərəcəyədək enəcək.
Ölkə rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dağlarda qar yağacaq. Havanın temperaturu aran rayonlarında +23+28, dağlarda +15 dərəcə olacaq.










