Cümə günü hava şəraiti yenidən pisləşəcək
Oktyabrın 5-6-da Bakıda və Abşeronda hava şəraitinin yenidən pisləşəcəyi ğözlənilir, sinoptiklər bildiriblər.
Həmin günlərdə güclü şimal-qərb küləyi əsəcək, leysan yağacaq, havanın temperaturu 5-8 dərəcə enəcək.
Ölkə rayonlarında da leysan yağacağı, dolu düşəcəyi gözlənilir, dağ çaylarında sel ola bilər.
Həmin günlər meteohəssas insanlar üçün əlverişsiz olacaq.










