Hava isti olacaq
Oktyabrın 2-də Bakıda və Abşeronda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal küləyi əsəcək, gündüz cənub küləyinə keçəcək. Havanın temperaturu gündüz +24+28, gecə +17+20 dərəcə olacaq.
Ölkə rayonlarında yağıntı gözlənilmir. Ancaq şimal və bəzi qərb rayonlarında şimşək çaxacaq. Aran rayonlarında havanın temperaturu +26+31, dağlarda +19+24 dərəcə olacaq.










