Həftəsonu hava tutqun olacaq
Şənbə və bazar günü Bakıda və Abşeronda hava tutqun olacaq. Yağıntı gözlənilmir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gündüz +23 +27 dərəcə təşkil edəcək.
Böyük Qafqaz dağlarında yağış yağacağı gözlənilir, dağətəyi rayonlarda hava +23 +28 dərəcəyə qədər isinəcək. Dağlarda temperatur +20 dərəcəni keçməyəcək.
Cənub bölgəsində yağış yağacağı gözlənilir, havanın temperaturu gündüz +23 +28 dərəcə təşkil edəcək. Mərkəzi aran rayonlarında da +28 dərəcəyə qədər isti olacaq, şərq küləyi əsəcək, yağıntı gözlənilmir.
Ən çox Naxçıvanda isti olacaq, burada havanın temperaturu +30 dərəcəyə qədər isinəcək.










