Bakıda və Abşeronda hava tutqun olacaq
Çərşənbə axşamı Bakıda və Abşeronda hava tutqun olacaq, bəzi yerlərdə qısamüddətli yağış gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz + 23+26 dərəcə olacaq.
Ölkə rayonlarında Böyük və Kiçik Qafqaz dağlarında yağış gözlənilir. Havanın temperaturu Kiçik Qafqazda +15+20, Böyük Qafqazda +27 dərəcə olacaq.
Mərkəzi aran rayonlarında gündüz +30 dərəcə olacaq, yağış yağa bilər.
Talış dağlarında +29 dərəcə olacaq.










