Qida Təhlükəsizliyi Agentliyi “Ketchi” süd məhsullarının satışına qadağa qoyub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi satış şəbəkələrində "Ketchi" əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri" və şor məhsulunun istehsalına qadağa qoyub. Bu barədə agentliyin məlumatında deyilir. Ticarət markası "BMS Aqro" MMC-yə məxsusdur. Bununla yanaşı agentlik həmin məhsulların ticarət şəbəkələrindən yığışdırılması barədə xəbərdarlıq edib.
Qadağaya səbəb həmin məhsullarda bakterioloji çirklənmə faktının aşkar edilməsidir.










