Səudiyyə Ərəbistanı vətəndaşları qanunsuz ova görə cərimə olunublar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişləri Neftçala rayonu ərazisində qanunsuz ova cəhd edən üç nəfər Səudiyyə Ərəbistanı vətəndaşını saxlayıblar.
Nazirliyin məlumatında deyilir ki, əcnəbilərdən 3 ov tüfəngi, 50 patron götürülüb. Onların hər biri 2000 manat məbləğində cərimə olunub.










