Çərşənbə günü gecə güclü külək gözlənilir
Çərşənbə günü Bakıda və Abşeronda hava aydın və yağıntısız olacaq. Havanın temperaturu gündüz +28 +30 dərəcə təşkil edəcək.
Sentyabrın 12-dən 13-nə keçən gecə güclü şimal-qərb küləyi əsəcək. Ölkənin şimal və qərb rayonlarında ayın 12-də axşam intensiv yağıntılar gözlənilir. Aran rayonlarında gündüz havanın temperaturu +30 +35 dərəcə təşkil edəcək, dağlarda +24 dərəcəyə qədər isti olacaq.










