Güclü şimal küləyi gözlənilir
Sentyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Sentyabrın 9-da ölkə rayonlarında intensiv yağıntı gözlənilir, şimşək çaxacaq, güclü qərb küləyi əsəcək.










