Yeni nəsil elektron şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları yerləşdiriləcək
Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Təhlükəsizlik baxımından daha mükəmməl olan bu vəsiqələrdə elektron daşıyıcı - çip yerləşdirilib. Buraya vətəndaşın yaşayış yeri, ailə vəziyyəti, həmçinin biometrik foto və digər fərdi məlumatlar daxil edilib.










