İsti hava şəraiti davam edəcək
Sentyabrın 1-də Bakıda və Abşeronda hava aydın, yağıntısız olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
Havanın temperaturu gündüz +32, gecə +23 dərəcə olacaq.
Dağ rayonlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu aran rayonlarında gündüz +30+35 dərəcə, dağlarda +25 dərəcə olacaq.










