Azərbaycan və Ermənistan XİN başçıları Nyu-Yorkda görüşəcəklər
Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Edvard Mnatsakanyanın görüşü BMT Baş Assambleyasının sentyabrın 18-də Nyu-Yorkda açılan sessiyası çərçivəsində keçiriləcək. Bu barədə bu günki brifinqdə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, nazirlər danışıqlar masasında olan gündəlik əsasında Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər.
Münaqişənin nizamlanması üçün BMT Təhlükəsizlik Şurasının 4 mövcud qətnaməsinin yerinə yetirilməsi zəruridir, deyə Hacıyev bildirib. Onun sözlərinə görə, bu qətnamələrdə münaqişənin nizamlanması üçün bütün lazımi tələblər əks olunub və onlar yerinə yetirilməlidir. Bu qətnamələr ATƏT-in Minsk Qrupunun fəaliyyəti üçün əsas yaradır, deyə o qeyd edib.










