"AzərGold" Neft Fondu ilə qızıl satışı üzrə müqavilələrə hazırlığı başa çatdırır
"AzerGold" QSC hasil etdiyi qızılın Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) satışına dair müqavilənin hazırlanması üzrə işləri başa çatdırır. Bu barədə cəmiyyətin sədri Zakir İbrahimov məlumat verib.
"Hazırda "AzerGold" fondun müvafiq müraciəti əsasında müqavilə (qızıl satışına dair - İF-Az) üzərində işi yekunlaşdırmaq üzrədir. Daha sonra hasil etdiyimiz qızıl ARDNF-ə veriləcək və bununla da fondun qızıl ehtiyatı Azərbaycan qızılının hesabınada formalaşacaq". - deyə o, AzTV-yə müsahibəsində bildirib.










