"Kapital Bank" nizamnamə kapitalını artırmağa başlayır
Bakı Fond Birjasının Listinq komitəsinin 29 avqust tarixli qərarına əsasən, "Kapital Bank"ın qiymətli kağızları standart bazar listinqinə qəbul edilib, deyə BFB bildirir.
Ümumilikdə nominal dəyəri 12,39 manat olan 3 milyon 228 min 410 imtiyazlı, faizli səhm buraxmaq planlaşdırılır.










