Gürcüstanın yeni səfiri etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib
Gürcüstanın Azərbaycandakı yeni səfiri Zurab Pataradze bu gün etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Qısa söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan öncə səfir XİN rəhbəri Elmar Məmmədyarovla görüşüb.










