Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib
Gürcüstan prezidentinin fərmanına əsasən Zurab Pataradze bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Gürcüstanın "Diplomatik xidmət haqqında" qanununun 6-cı maddəsinin 5-ci bəndinə əsasən Zurab Pataradze 29 avqust 2018-ci il tarixindən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - Gürcüstan mətbuatında dərc edilən sərəncamda deyilir.
Mənbənin məlumatına görə, bundan öncə Z.Pataradze Acariya hökumətinin başçısı olub.
Ona qədərsə Gürcüstanın Qazaxıstanda və Türkiyədə səfiri, Yunanıstanda baş konsulu postlarını tutub.










