Çərşənbə axşamı hava şəraiti barədə
Avqustun 28-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, yağıntı olmayacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz +33 gecə +20+24 dərəcə olacaq.
Ölkə rayonlarında yağıntı gözlənilmir. Dağ rayonlarında qısamüddətli yağış yağa bilər.
Aran rayonlarında havanın temperaturu +36, dağlarda +20+25 olacaq.










