2019-cu ildə 3.1% iqtisadi artım proqnozlaşdırır
Hökumət önümüzdəki 3 il ərzində əsas makroiqtisadi göstəriciləri açıqlayıb. O, ÜDM-in artım tempi və inflyasiya səviyyəsi barədə nikbindir.
2019-cu ildə real ÜDM artımı 3.1% səviyyəsində proqnozlaşdırılır. 2020-ci ildə ÜDM-in həcmi ilin yekununa görə 3,5% artaraq 81,2 milyard manat təşkil edə bilər. 2021-ci ildə ÜDM-in artımı 2,4% olacaq, deyə "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da bildirilir.










