Avtovağzal əməkdaşları vahid forma geyinəcək
Bakı Beynəlxalq Avtovağzal Kompleksində yenilik edilib.
Kompleksdən verilən məlumata görə, bu gündən sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları – perron nəzarətçiləri, dispetçerlər və mütəxəssislər vahid uniforma geyinəcəklər.
Bundan sonra sərnişinləri onları maraqlandıran bütün sualları həmin əməkdaşlara ünvanlaya biləcəklər.










