Məhərrəm ayının başlama vaxtı açıqlanıb
"Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq".
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı həmçinin qeyd edib ki, Aşura günü ölkə boyu qanvermə aksiyaları keçiriləcək.
"Özünə xəsarət yetirib qan çıxarmaqdansa, insanlara həyat bəxş etmək naminə qan vermək daha təqdirəlayiq haldır", - deyə Komitə sədri bildirib.










