Küləkli hava şəraiti gözlənilir, yağış yağacağı ehtimalı var
Avqustun 21-də Bakıda və Abşeronda yağıntısız hava şəraiti gözlənilir, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, xəbəri Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.
Havanın temperaturu gece +20 +23 dərəcə, gündüz +25 +30 dərəcə təşkil edəcək.
Həftənin ortasına qədər növbəti günlərdə paytaxtın hava şəraitində ciddi dəyişikliklər gözlənilmir.
Ölkənin rayonlarında da əsasən yağıntısız hava şəraiti gözlənilir, amma bəzi dağlıq ərazilərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Aran rayonlarında havanın temperaturu gündüz +28 +33 dərəcə, dağlarda +17 +22 dərəcə təşkil edəcək.










