Hökumət nə edərsə etsin, hiperinflyasiya qaçılmazdır
Çərşənbə günü gecə 95-lik benzinin bir litrinin qiymətinin 1,30-yə qədər və hətta indiki 1,25 qəpikdən 1,30 qəpik bahalaşacağı haqqında şaiyələr yayılıb. Amma səhər rahatlıq gəlib, bu dəfə şaiyələr doğrulmayıb.
Xalqın panikaya yaxın əhval-ruhiyyəsi bu həftənin əvvəllərindən Amerikanın iqtisadi sanksiyalarının təsiri ilə türk lirəsinin və rus rublunun ucuzlaşmasının nəticəsi olaraq Azərbaycan manatına real təhdid olmasına əsaslanıb. Avqustun 16-da bir lirə 0,17 ABŞ dolları, bir rubl 0,15 dollara bərabər olub. Erdoğan cəsarətlə bəyan edib ki, Amerikanın dolları varsa, Türkiyənin də Allahı var, Bakıda Türkiyəpərəst fəallar isə nümayişkaranə şəkildə saxta amerika dollarlarını yandırıblar (əsl dollarları yandırmağa cəsarətləri çatmayıb). Erdoğan Amerika avtomobillərinin və bir sıra digər malların rüsumlarını artırıb, Amerikaya aid olan hər şeydən imtina etməyə çağırıb. Rusiya özünü ikinci və ya hətta birinci super dövlət kimi göstərməyə çalışır, amma tarixdə hələ Moskvanın dolları "çökməsi" hadisəsi olmayıb.










