Arqument.az saytının bloklanması barədə qərar qəbul edib.
Bu gün Səbayel Rayon Məhkəməsi arqument.az saytının bloklanması barədə qərar qəbul edib. Bunu saytın redaktoru Şəmşad Ağa bildirib.
Bloklanma Rabitə Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzinin məhkəməyə müraciəti əsasında baş tutub. Mərkəz "Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər" və "Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır" sərlövhəli məqalələrdə qanun pozuntusuna yol verildiyini bildirib.
Baş redaktor məhkəmə qərarının əsassız olduğunu bildirib və apellyasiya verəcəyini deyib.










