Saat 10:55-də metronun "Sahil" stansiyasında qəza baş verib.
Saat 10:55-də metronun "Sahil" stansiyasında qəza baş verib. Elektrik gərginliyinin anidən düşməsi ilə əlaqədar stansiyadan işıq sönüb və eskalatorun fəaliyyəti dayanıb.
"Bakmetropoliten"in məlumatına görə, qısa müddət ərzində elektrik enerjisi verilməsi bərpa olunub. Sərnişinlərlə bağlı hər hansı problem yaranmayıb. Elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib, deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Gərginliyin düşməsinin səbəbi haqqında məlumat verilmir.










